6 Dekabr - Müqəddəs Nikolaus Günü. Müqəddəs Nikolaus kimdir?
06/12/2019 673

6 Dekabr - Müqəddəs Nikolaus Günü. Müqəddəs Nikolaus kimdir?

Dünəndən Almaniyada uşaqlar ayaqqabılarını qapının ağzına düzərək səbirsizliklə Nikolausun gəlişini gözləyirlər. Hər il 6 dekabr ərəfəsi müqəddəs Nikolaus evləri ziyarət edir və uşaqların ayaqqabılarına hədiyyə qoyaraq qeyb olur. Bəs müqəddəs Nikolaus kim olub və onun haqqında nə bilirik?

 Müqəddəs Nikolaus kimdir?

Əsas bilməmiz gərəkən Nikolausun uydurma insan olmamasıdır. O, 280ci ildə anadan olmuş və 350ci ildə vəfat etmişdir. Tarixi faktlara əsasən, Nikolaus adı İlk dəfə 325ci ildə Myra (indiki Dəmrə) yepiskopu olaraq Nicäa kafedralında iştirak edib. Nicäa hazırda Türkiyənin İznik şəhəridir.

Mövcud bütün dini görüş fərqliliklərinə baxmayaraq, Nikolaus bu gün ən tanınmış və sevilən müqəddəs şəxslərdən biri hesab olunur.

Ortodox kilsəsində, xüsusilə Rusiyada, Nikolausu görkəmli müqəddəslərdən sayırlar. Şərq kilsələri onu "Dünya süvarisi", "Yer üzündəki Mələk" deyə adlandırırlar. Qərb ölkələrində onun insansevər, xeyriyyəçi kilsə adamı kimi protreti formalaşmışdır.

6 Dekabr gününü niyə qeyd ediik?

Rəvayətə görə, 6 Dekabr Miralı müqəddəs Nikolausun ölüm günüdür. Bu gün onun anım günü kimi qeyd olunur.

Miralı Müqəddəs Nikolaus

Müqəddəs Nikolausun şəxsiyyəti haqqında saysız rəvayətlər var. Onun valideynlərindən qalan sərvətlə kasıblara yardım edir, qızları fahişəlikdən qoruyurdu. Onun günahsız məhkumları xilas etdiyi və aclığın qarşısını aldığı deyilir. Onun qəbri 750 ilə yaxın Miradakı müqəddəs Nikol bazilikasında yerləşib. Sonralar  şəhər müsəlmanlar tərəfindən ələ keçirilir. Qırıq sarkofaqı hələ də səcdəgah kimi ziyarət edən möminlər var. Tarixi faktlara əsasən, Orta Əsrlərin əvvəllərində Müqəddəs Nikolausun bəzi müqəddəs əmanətləri Konstantinopola  (indiki İstanbula) gətirilmişdir. 972ci ildə imperator Otto II bizans şəhzadəsi Teofanu ilə ailə quranda, şəhzadə müqəddəs əmanətlərin bir hissəsini özü ilə alman krallığına gətirmişdir. 1058ci ildən müqəddəs Nikolausun qalıqları Vorm şəhərindəki imperator kafedralında (Kaiserdom) yerləşir.

Mira şəhəri müsəlmanlar tərəindən ələ keçirildikdən sonra cənubi İtalıyadan olan dənizçilər Nikolaus Bazilikasındakı sarkofaqı qıraraq Nikolausun qalıqlarını öz ölkələrinə aparmışlar. Çağdaş Barinin mərkəzindəki San Nicola Bazilikası xristianların önəmli ziyarətgahlarındandır.