
7800 UŞAQ AİLƏLƏRDƏN ALINIB - İNFOQRAFİK
Almaniyanın "Ailə-Uşaq Komitəsi" sayılan Jugendamt haqqında bu ölkəyə köçən insanlar arasında təzadlı fikirlər dolaşır. Jugendamt nədir, hansı səlahiyyətləri var? Almaniyada uşaqlar ailələrdən hansı hallarda alınır?
Almaniyada hər bir valideyn Jugendamt nəyi "problem" hesab edir, nəyi etmir sualınım doğru cavabını bilməlidir.
Ən vacib məqam valideynlərin Almaniyada uşaqların döyülməsini qadağan edən xüsusi qanun olduğunu anlamasıdır. Qanun 2000ci (Mülki Məcəllə, II Abzas, https://www.gesetze-im-internet.de/bgb/__1631.html) ildə qəbul edilib : "Uşaqlar şiddət görmədən tərbiyə olunma hüququna sahibdirlər. Uşaqlara qarşı fiziki güc, psixi travma və digər insan ləyaqətini alçaldan hərəkətlər tətbiq etmək qadağandır".
Şərq ölkələri mentalitetdə valideynin uşağın yanından yüngüllcə şillə çəkməsi və ya vuracam deyib təhdid etməsiadi qarşılansa da, Almaniyada bu hal heç də müsbət qarşılanmır. Alman mütəxəssislər uşağa qarşı hətta yüngül şiddətin belə gələcəkdə psixi travmaya yol açacağını düşünürlər. Uşaqlıqda valideyni tərəfindən ən azı bir dəfə kötək yemiş miqrant kökənli Almaniya sakinlərinə bu qaydanı qəbul etmək asan deyil. Qanunun doğru və ya yanlış olduğu müzakirə mövzusu olmadığı üçün onu qəbul etmək və riayət etmək vacibdir. Uşaq tərbiyəsində yanaşmaların və mental dəyərlərin fərqliliyi Almaniyada hesaba qatılmır. Qanunu bilməməyiniz də sizi qanun qarşısında məsuliyyətdən azad etmir.
Jugendamtın sizi izləyəcək durbini də yoxdur. Yüksək səslə bağırmalar, davamlı uşaq ağlaması, uşağın bədənində, üzündə göyərti, zərbə izləri şahidləri, qonşuları "hmm, bu uşağı evdə incidirlərmi? Yaxşısı budur, Jugendamta məlumat verim" fikrinə gətirə bilər.
Jugendamt
Jugendamt - uşaq və gənclərə aid məsələlərlə məşğul olan qurumdur. Məhz bu dövlət orqanı alman uşaqlarının tərbiyəsinə nəzarət edir. Bəzi ailələrin anlatdıqları tükürpədən "uşaq alma" qərarları məhz bu quruma aiddir.
Uşaq və gənclərin müdafiəsi və hüquqlarının qorunması haqqında qanunvericiliyə əsasən, hər rayonda Uşaq və Gənclərlə İş İdarələri var. Bu idarələrin adları rayonlara görə dəyişssə də, vəzifə öhdəlikləri hər yerdə eynidir:
- Uşağın hərtərəfli inkişafının təmini
- Gənclərə sosial yardımın təşkili
- Uşaq hüquqlarının qorunması
- Gənc ailələrə dəstək
- Ağıq həyat şərtləri altında yaşayan valideynlərə kömək
- Gündüz tətbiyə müəssisələrinin təşkili
- Uşaqarın tərbiyəsində yardım
- Vəzifə səlahiyyətləri çərçivəsində Jugendamt aşağıdakı tədbirləri həyata keçirir:
- Yerləşdiyi regionda dərnəklərin, gənclər təşkilatlarının və s. fəaliyyətini təmin edir.
- Yuxarı sinif şagirdlərini peşə təhsili imkanları barədə məlumatlandırır, istiqamət seçməkdə kömək edir.
- Gənclərlə "Sağlam həyatın təbliği"nə dair tədbirlər keçirir, narkotiklərin zərərlərini anladır.
- Gənc valideynlər üçün kurslar təşkil edir. Bu kurslarda gənc valideynlər yeni doğulmuş uşağa qulluğu öyrənirlər.
- Uşaqlarla valideynlər arasında yaranan konflikt situasiyalarının həllinə yardım edir.
- Bağça və digər məktəbəqədər tərbiyə müəssisələrinin yetərli sayı və qənaətbəxş təminatına nəzarət edir.
Nəhayət, ailədə uşaqların tərbiyəsi ilə bağlı problemlər yarandıqda, Jugendamt nümayəndələri bu problemlərin aradan qaldırılması üçün zəruri tədbirləri həyata keçirirlər. Nümayəndələr ailələrə valideynlərin hüquq və səlahiyyətlərindən tutmuş ailədən uşaqların alınması prosedurlarınadək hər şeyi izah edir.
Göründüyü kimi, Jugendamt-ın kifayət qədər geniş vəzifə öhdəlikləri var və valideynlərə nəzarət onların gördüyü işlərdən biridir. Sadəcə valideynlər bilməlidirlər ki, uşaq tərbiyəsi ilə problem yarandıqda vəziyyəti düzəltməyə məsul bir qurum - Jugendamt var.
Nəzakət Zeynallı
Digər xəbərlər
-
07/08/2017 765
-
06/08/2017 700
-
06/08/2017 869
-
04/08/2017 879