
Ağstafa rayonu Saloğlu qəsəbəsi ərazisində mərmi aşkarlanıb
30 iyulda gün Ağstafa rayonu Saloğlu qəsəbəsi ərazisində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən təxirəsalınmaz əməliyyat keçirilib.
Səhər saatlarında Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində ″AzTelekom MMC″ tərəfində aparılan qazıntı zamanı mərminin aşkar olması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən Bakı-Böyük Kəsik dəmiryol xəttinin həmin qəsəbədən keçən hissəsinin kənarında qazıntı işləri aparılan əraziyə baxış keçirilib. Aparılan əməliyyat tədbirləri nəticəsində 1 ədəd top mərmisin gilizi (boş) aşkar edilərək götürülüb.
Aşkar olunmuş gilizin ətrafında 50 kv.metr əraziyə yeraltı baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.
mənbə: report.az
Digər xəbərlər
-
07/08/2017 849
-
07/08/2017 765
-
06/08/2017 699
-
06/08/2017 868