AZ

19/06/2017 661
“Ailə” TV-nin ofisinə basqın
Bakının Xətai rayonunda yerləşən “Ailə TV” kabel televiziyasının ofisinə silahlı basqın olub.
“Report”un məlumatına görə, naməlum şəxslər ofisin gözətçisini döyərək, ona xəsarətlər yetirib, daha sonra içərisində 3500 manat olan seyfi aparıblar.
Xətai Rayon Polis İdarəsi (RPİ) və Nizami RPİ 24-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 15-də Xətai rayonu ərazisindəki ofislərdən birində gözətçi işləyən Hüseyn Dünyamalıyevin mobil telefonunu və 160 manat pulunu, habelə ofisdə olan 3560 manat pulu quldurluq yolu ilə aparmaqda şübhəli bilinən paytaxt sakini Kamran Süleymanov tutulub.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Digər xəbərlər
-
07/08/2017 849
-
07/08/2017 765
-
06/08/2017 700
-
06/08/2017 869