AZ

25/06/2017 588
Ajurlu üstü deşikli blinçik resepti -DADLI
TƏRKİBİ
Qatıq (kefir) – 500 ml
Şəkər - 1.5 x.q.
Duz – bir çimdik
Yumurta – 1 ədəd
Su – 50 ml
Un
Soda – 0.5 ç.q
Bitki yağı – 2 x.q.
Qaynar su
HAZIRLANMA QAYDASI
Yumurta ilə şəkəri ağaranadək çırpın. Su və duz əlavə edin. Qatığı (kefiri) süzürük, yaxşı qarışdırırıq.
Qatı smetana oxşayanadək un əlavə edirik.
Sodaya sirkə tökürük və bitki yağı ilə birlikdə qarışığa əlavə edirik. Qarışdırıb 15 dəqiqə gözlədirik.
Qarışdıra-qarışdıra qaynar suyu əlavə edirik və sulu smetan qatılığında xəmir əldə edirik.
Tavaya yağ əlavə edim qızdırırıq. Nazik xəmir qatı əlavə edim qızılı rəng alınanadək qızardırıq. Üstünə smetan töküb süfrəyə əlavə edirik.
Digər xəbərlər
-
07/08/2017 891
-
07/08/2017 791
-
06/08/2017 730
-
06/08/2017 914