Ata uşağa xaricə çıxış üçün etibarnamə vermirsə, nə etməli?
05/11/2017 4302

Ata uşağa xaricə çıxış üçün etibarnamə vermirsə, nə etməli?

Uşağı tək valideyn (ata və yaxud ana) xaricə səyahətə apararkən uşağı ölkədən çıxaran şəxsə etibarnamə verilməlidir.

  1. Etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilərsə- dövlət rüsumu 5 manat, xidmətə görə tutulan haqq- 0,75 manat. 
  2. Etibarnamə digər vətəndaşlara və ya hüquqi şəxslərə verilərsə dövlət rüsumu 10 manat, xidmətə görə tutulan haqq- 1,50 manatdır.

Bir çox hallarda analar atanın uşağa etibarnamə verməməsindən şikayət edirlər. Bu halda nə etmək olar? Qanuna əsasən, ana uşağın ölkə hüdüdlarından maneəsiz kənara çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. (Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü hissəsi: 18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı ilə gedə bilər. Valideynlərin birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir).

Adının çəkilməsini istəməyən hüquqşünas uşağın atanın razılığı olmadan ölkədən aparmaq hüququnun verilməsi üçün Qəyyumluq orqanının rəyinə ehtiyac olmadığını vurğulayır.  O qeyd edir ki, iddia ərizəsinin məhkəmə tərəfindən təmin olunması sadə prosedurdur.

İddia ərizəsini bu linklərdən yükləyə bilərsiniz:

https://courts.gov.az/az/main/page/Iddia-rizlri_2774 

  • Respublikadan xarici dövlətə sərbəst surətdə gedib-gəlmə hüququnun verilməsinə dair iddia ərizəsi - YÜKLƏ