Defektoloqdan 10 məsləhət (uşağa danışmağı öyrədək)
08/06/2017 57

Defektoloqdan 10 məsləhət (uşağa danışmağı öyrədək)

 

Uşağın nitqi böyüklərin nitqinin birbaşa təsiri ilə inkişaf edir. Uşaqda nitqin inkişafı bilvasitə yetərili danışıq təcrübəsindən, yəni nə qədər danışmasından, sosial mühitdən, tərbiyə və tədrisdən asılıdır. Bütün bunlar uşağın doğulduğu dövrdən əhəmiyyət daşımağa başlayır.   

Övladınızla söhbət edin, yemək hazırlayarkən, təmizlik edərkən, geyindirib-soyunduranda, oyun, gəzinti və s. zamanı

İş görən zaman nə etdiyinizi anladın, uşağın, ətrafdakıların izlədiyiniz fəaliyyəti barədə onunla söhbət edin.

 

hello_html_4ea86971.png

Düzgün ifadələr, cümlələr quraraq Danışın. Sizin cümləniz uşağınkından 1-2 söz daha uzun olsun. Əgər övladınız hələ ki, 1 sözlü cümlə ilə fikrini ifadə edirsə, siz ikisözlü cümlə qurun. 

Açıq Suallar Soruşun. Bu uşağa stimul verəcək ki, cavabında bir neçə söz istifadə etsin. Məsələn, "O oynayır?" yerinə, "O nə edir?" sualını verin.

Suallar arasında fasiləni unutmayın - uşağa danışmaq və suallara cavab vermək üçün vaxt verin. 

Səsləri və küyləri dinləyin. "Bu nədir?" soruşun. Bu itin hürməsi, küləyin səsi, təyyarə motorunun gurultusu ola bilər.

Kiçik hekayə, hadisə nəql edin. Sonra uşaqdan eyni hekayəni sizə və ya başqasına danışmasını xahiş edin..

hello_html_m5ba36f81.png

Əgər övladınız nitqində cəmi bir neçə söz istiadə edirsə, ona nitqini yeni sözlərlə zənginləşdirməkdə yardım edin. 5-6 söz seçin (bədən hissələri, oyuncaqlar, ərzaqlar) və onların adını uşağa deyin. Bu sözləri təkrar etmək üçün ona imkan yaradın. Uşaqdan bu sözləri mükəmməl tələffüz etməsini gözləməyin. Uşağı ruhlandırın və sözlərin təkrar tələffüzünə davam edin. Uşaq bu sözləri dedikdən sonra, 5-6 yeni söz daha əlavə edin. Uşaq ətrafındakı əşyaların çoxunun adını bilənədək bu prosesi davam etdirin. Uşaqla hər gün bu məşğələləri davam edin  

Əgər uşaq sadəcə bir söz işlədirsə, onu qısa frazalara öyrətməyə başlayın. Uşağınızın bildiyi sözlərdən istiadə edin. Rəng, ölçü, hərəkət əlavə edin. Məsələn, uşaq "top" deyirsə, arcında ona  «Böyük top», «Fəridin topu», «yumru top» və s. deməyi öyrədin.

Uşaqla oyunlar edərək məşğul olun. Uşaqla iş nitq təqlidini aktivləşdirməli,  bağlayıcılı nitqin elementlərini formalaşdırmalı, yaddaşı və diqqəti artırmalıdır.

Uşağın nitqinə erkən yaşda diqqət etmək SON Dərəcədə vacibdir. Onun "nə vaxt danışacağını" gözləmək olmaz.