Deputat Məlahət İbrahimqızının seçki karuselləri:
07/05/2017 150

Deputat Məlahət İbrahimqızının seçki karuselləri: "İks qoymayın, quş qoyun" - Paylaşın!

Milli Məclisin deputatı, Bakının Nəsimi rayonundan namizədliyi irəli sürülmüş Məlahət İbrahimqızının seçildiyi məntəqələrdə kütləvi saxtakarlıq görüntülərini sizinlə paylaşırıq.

YAP-çı deputatın seçilməsində aktiv iştirak edən Semaşko tibb personalı da karusellərə ciddi hazırlaşıb. Karusel qruplarına kod adı da verilib. Mini avtobusla Nəsimi rayonu ərazisindəki bağçaya səsverməyə gələn Semaşko işçilərini yönəldən qrup lideri onlara heç kimi şübhələndirmədən, yavaş-yavaş bağçaya yaxınlaşmalarını söyləyir. Tibb işçilərinə bülletendə "X deyil, quş qoyun" deyən karusel təşkilatçısı, bağçada onları qarşılayacaq adama dillərinin ucunda "Semaşko" demələrini tapşırır: 

2015-ci ildə deputat seçilən İbrahimqızı, 2016-cı ildə, Milli Məclisin oktyabr iclasında SANCAQ production və Meydan TVnin bağlanmasını tələb edirdi: 

“Bizi kimsə mətbuatda tənqid etsə də, az qalırıq ki, o saat məhkəmələrə müraciət edək. Mən o yazıların hamısını “screen shot” etmişəm. İndi internet televiziyaları ilə bağlı qərar qəbul edə bilmirlər. Çünki qanunda bu məsələlərlə bağlı boşluq var. Payız sessiyasının gündəliyinə internet üzərindən yayımlanan televiziyaların tənzimlənməsi ilə bağlı qanun layihəsinin salınmasını təklif edirəm. Dünyanın heç bir yerində internet üzərindən dövlət başçısını belə təhqir etmirlər”. 

Məlahət İbrahimqızı, xatırladaq ki, dünyanın heç bir yerində sizin "seçildiyiniz" məntəqələrdə olduğu qədər saxtakarlıq müşahidə olunmayıb.  


 

Saxta yolla deputat kürsüsünə yiyələnən xanım deputatın videofaktlara münasibətini gözləyirik: