Əkrəm Həsənov: Standart Bankın vəziyyətinin pisləşməsinə görə bütün keçmiş menecment cavabdehdir
27/07/2017 723

Əkrəm Həsənov: Standart Bankın vəziyyətinin pisləşməsinə görə bütün keçmiş menecment cavabdehdir

“Azmedia.news” xəbər verir ki, bunu bankın bu gün keçirilən Kreditorlar Komitəsinin iclasında qurumun sədri Əkrəm Həsənov deyib.

Əkrəm Həsənov qeyd edib ki, vaxtilə “Bank Standard”ın rəhbərliyində təmsil olunmuş şəxslər bu gün də bank sektorunda təmsil olunur, vəzifə tutur: “Bu məsələdə məsuliyyət təkcə Bankın İdarə Heyətinin beynəlxalq axtarışa verilmiş keçmiş sədri Səlim Krimanın üzərinə düşmür. Bankın vəziyyətinin pisləşməsinə görə bütün keçmiş menecment cavabdehdir. Halbuki həmin şəxslərin bir qismi bu gün banklarda rəhbərlikdədir. Həmçinin, Azərbaycan Mərkəzi Bankı da buna görə məsuliyyət daşımalıdır. Əgər bu qurumun vəzifəli şəxsləri “Bank Standard”da vaxtında normal yoxlama aparıb, qanun pozuntularına göz yummasaydı, indi Bankın vəziyyəti bu qədər pis olmazdı”.