
Eynşteynin fotoqrafa dil çıxardığı foto 125 min dollara satıldı
Eynşteynin fotoqrafa dil çıxardığı yerdə çəkilən məhşur fotosu auksionda 125 min ABŞ dollarına satıldı.
Azmedia.news Los Anceles şəhərində yerləşən Nate.D.Sanders auksion evinin 27 İyulda yaydığı məlumata istinadən xəbər verir.
Auksion şirkətinin siyasətinə uyğun olaraq, alıcının adı gizli saxlanıldı.
United Press International (UPI) fotoqrafı Artur Sasse şəkli 14 Mart, 1951-ci ildə, Eynşteyn üçün Prinston Universitetindəki kolleqalarının tərəfindən təşkil olunan ad günü ziyafətində çəkib.
Fotoqraflara gülümsəməkdən yorulan dahi alim, fotoqraf Sassenin təkrar şəkil çəkmək xahişinə cavab olaraq dil çıxarıb.
İlk öncə UPI redaktorları şəkli yayımlamağa çəkiniblər. Yayımlandıqdan sonra şəkil Eynşteyni o qədər əyləndirib ki, o yaxın dostlarına vermək üçün eyni şəkildən 9 ədəd sifariş edib.
Digər xəbərlər
-
07/08/2017 849
-
07/08/2017 765
-
06/08/2017 700
-
06/08/2017 869