Google Play Marketdə Xocalı Soyqırımı proqramı bloklandı
22/06/2017 247

Google Play Marketdə Xocalı Soyqırımı proqramı bloklandı

"Khojaly Genoside" adlı Android proqramının müəllifi Rafiq Abdullayevin developer hesabı Google şirkəti tərəfindən bloklanıb. R.Abdullayev hesabının ermənilərdən daxil olan çoxlu şikayətlər əsasında bağlandığını və hesabında olan 13 proqramın bloklandığını bildirir:

 "Sorğu göndərmişdim ki, hesabımı yenidən aktivləşdirsinlər. Bu gün mənə Google servisin aşağıdakı müqavilə şərtlərini göndəriblər və başa salıblar ki, əgər əqdin bir tərəfində Google durubsa digər tərəfin hüquqları ola bilməz, ancaq vəzifələri ola bilər".

R.Abdullayev  "Google" aid xidmətlərdən istifadə edənlərin hüquqlarının istənilən an məhdudlaşdırıla bilinəcəyini vurğulayır.

Analitik Google-un aşağıdakı müqavilə şərtlərini hüquqi cəhətdən yanlış hesab edir və bildirir ki, 3-cü bəndə əsasən Google hər an sizə "xoş gəldin" deyə bilər.

 Google tərəfindən R.Abdullayevə göndərilən müqavilə şərtləri:

Google şirkəti bu məsələlərdə öz hüququnu qoruyur:

1) problemi araşdırmaq üçün hesabı bağlamaq;
2) hər hansı hesaba və ya məhsula keçidi bağlamaq заблокировать доступ к отдельному продукту или аккаунту

3) hesabı birdəfəlik bloklamaq. (istənilən vaxt, istənilən səbəbə görə, xəbərdarlıq edilərək və ya xəbərdarlıqsız).