Google xəritəsində Əliyevlər küçəsi
Google xəritəsində "Novxanı Bağda" məkan etiketini istifadə etdikdə qarşıya maraqlı mənzərə çıxır. Məlum olur ki, "Novxanı Bağda" kimi işarələnmiş məkanın ətraf küçələri Azərbaycan prezidenti İlham Əliyevin, vitse prezident Mehriban Əliyevanın və prezidentin qızları Arzu Əliyeva və Leyla Əliyevanın adını daşıyır.
Qeyd edək ki, "Prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi" ilə İcra Hakimiyyəti yanında Addəyişmə Komissiyası məşğuldur.
Novxanı kəndi Abşeron Rayonunun ərazisində yerləşir. Rayonun icra hakimiyyətinin başçısı Gülməmmədova İradə Akif qızı 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin 1392 saylı sərəncamına əsasən hazırki vəzifəsinə təyin edilmişdir. Novxanıdakı küçələrin prezidentin ailə üzvlərinə adı ilə adlandırılmasında icra hakiminin məqsədi nə olmuşdur? İcra hakimiyyəti başçısının mövqeyini gözləyirik.
Digər xəbərlər
-
07/08/2017 849
-
07/08/2017 765
-
06/08/2017 700
-
06/08/2017 869