Həbsxana rəisi Aftandil Ağayev “Bura girdinsə, burda hüquqlar bitir, səni də, sənin vəkillərini də..
09/08/2017 886

Həbsxana rəisi Aftandil Ağayev “Bura girdinsə, burda hüquqlar bitir, səni də, sənin vəkillərini də.."

Nardaran işi üzrə 20 il azadlıqdan məhrum edilmiş siyasi məhbus Abbas Hüseynov həbsxana rəisi tərəfindən işgəncəyə məruz qalıb: 

“Rəis Aftandil Ağayev məni qəbul etdi. Mən ona dedim ki, Aftandil müəllim, burda qanunsuzluqlar var, istəyirəm bu barədə sizə deyim. Aftandil Ağayev dedi ki, sən kimsən ki, mənə nəsə deyəsən, səni qəbul edim. Mən ona baş verən qanunsuzluqları ictimailəşdirəcəyimi dedim. Aftandil Ağayev mənə dedi ki, “bura girdinsə, burda hüquqlar bitir, səni də, sənin vəkillərini də… Bura Qobustandır, ağzının danışığını bil”. Bunu deyə-deyə durub cumdu üstümə. Rəisin yanında Emin adlı müavini və daha 2 nəfər həbsxana əməkdaşı vardı. Əllərim qandallı idi. Yanımdakılar badalaq verib, məni yerə yıxdılar, rəis otağındakı stolun altından “dubinka”nı çıxarıb, yerdə məni vurmağa başladı. Vura-vura deyirdi ki, “səni ram eləmək mənim üçün 2 dəqiqəlik işdir”. Məni ayağa qaldırıb, ayaq üstə üzümə vurmağa başladı. Mən dedim ki, nə vəhşiyəm, nə də heyvan. Təzədən məni yerə yıxdılar və rəis məni yenidən “dubinka”yla yerdə döyməyə başladı. Ən azı 30-35 zərbə endirdi. Sonra qaldırıb sifətimə vurdu. Rəisin müavini Emin də məni vururdu. O qədər başıma vurdular ki, gözlərim irinlədi. Daha sonra mənə 8 sutka kars cəzası verildiyi deyildi. Aftandil Ağayev dedi ki, əlləri, ayaqları qandallı “kars”a salın. Gətirdilər “kars”a, uzatdılar dəmirin üstünə, əllərimə və ayaqlarıma qandal vurdular, çarmıxa bağladılar. 2 gün çarmıxa çəkilmiş vəziyyətdə “kars”da qaldım”.