İpoteka krediti üçün onlayn müraciət edə biləcəksiniz
30/07/2017 721

İpoteka krediti üçün onlayn müraciət edə biləcəksiniz

01 avqust 2017-ci il tarixdən etibarən ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs ipoteka kreditinin alınması üçün müraciət edə biləcək. 

“Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditinin alınması üçün internet vasitəsi ilə onlayn rejimində “Elektron Hökumət Portalı”-na (www.e-gov.az) daxil olub müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət etməlidir. Müraciət edənlər qeydiyyatdan keçərkən Elektron İmza Tokeni (www.e-imza.az) və ya ASAN imzanı (www.asanimza.az) əldə etməlidirlər.

Qeydiyyat müvafiq link üzrə aparılacaq: https://e-ipoteka.az/portal/Default.aspx?t=6

“Elektron ipoteka” sisteminin (EİS) tətbiqi ipoteka kreditlərinə çıxış imkanlarının sadələşdirilməsinə, ipoteka krediti almaq istəyən şəxslər üçün bərabər şərait yaradılmasına, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsinə, habelə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından faydalanaraq tələb olunan sənədləri real vaxt rejimində əldə etməklə, sərf olunan vaxta və xərclərə qənaət olunmasına, göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcəyi qeyd olunur.