
"İSMA BİKES" velosipedlərinin təqdimatı keçiriləcək
İsmayıllı Velosiped Zavodunun "İSMA BİKES" velosipedlərinin 28 adda modelinin təqdimatı keçiriləcək.
Təqdimat 06 iyul 2017-ci il tarixində, "Park Bulvar" alış-veriş mərkəzində bir həftə boyunca davam edəcək.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayında “Yeni Müsavat”onlayn qəzetinin əməkdaşı Əli RAİS "İSMA BİKES" velosipedlərininə bazarlarda niyə rast gəlinməməsi ilə bağlı “İSMA BİKES”lə əlaqə qurmağa cəhd göstərib. Ötən aya qədər zavodun istehsal müdiri və baş direktor vəzifəsini müvəqqəti icra edən Elnur Əliyev “Yeni Müsavat”a bildirdi ki, zavodun fəaliyyəti dayanmayıb: “Dekabr ayından etibarən, zavoddakı işimdən ayrılmışam. Ancaq orada çalışmasam da deyə bilərəm ki, zavodun fəaliyyəti dayanmayıb. Hazırda istehsal prosesi davam etdirilir. Sadəcə olaraq, düşünürdük ki, yay aylarında tələbat olduğu üçün biz də məhsulları o zaman bazara çıxaraq. Bir ay öncə müxtəlif model velosipedlərin hissəli istehsalı gedirdi. Hazırda isə onların bazara çıxarılıb-çıxarılmaması haqda məlumatım yoxdur”.
Digər xəbərlər
-
07/08/2017 891
-
07/08/2017 791
-
06/08/2017 730
-
06/08/2017 914