
Kilsə rəsmiləri mətbuatdan uşağa təcavüz hesabatına"səssiz" qalmağı istədilər
Mətbuat nümayəndələri ilə görüşdə Köln kilsə rəsmiləri jurnalistlərdən məxfilik haqqında razılaşmaya imza atmağı tələb edib. Buna etiraz edən jurnalistlər tədbiri yarımçıq tərk edib.
Almaniyada uşağa təcavüz qalmaqalı ilə gündəmə gələn Katolik kilsəsi çərşənbə axşamı yekun hesabata dair mətbuatla görüş təşkil etmişdi.
Köln kilsəsinin baş yepiskopu Reiner Maria Voeilkinin sözlərinə görə, təcavüz hesabatının ilkin versiyasının təqdim olunmaması hesabatın metodologiyasına ilə bağlı olub. Kilsə nümayəndələri jurnalistlərə hesabatın redaktə olunmuş nüsxəsini təqdim edəcəklərini bildiriblər. Kilsə nümayəndələri jurnalistlərdən hesabat mətninin, eləcə də cinayətdə şübhəli bilinən kilsə nümayəndələrinə dair bilgilərin məxfi saxlanılacağına dair sənədə imza atmaqlarını istəyiblər. Tədbirə dəvət olunan 8 jurnalistin hamısı sənədə imza atmaqdan imtina edib.
Hesabatın yayımlanması nə üçün ləngidilirdi?
2 il əvvə kardinal Voelki təcavüz skandalının müstəqil şəkildə ətraflı araşdıralacağına söz vermişdi. Ancaq 2020-ci ilin oktyabrında zərərçəkənlərə cari hesabatda "hüquqi əsaslandırılmamış" və "qəbuledilməz önyarqılar" olduğu bildirilir.
Hesabatın yeni versiyasının mart ayında ictimaiyyətə təqdim olunacağı gözlənilir.
Hesabatın təqdimatının yenidən işlənmək üçün gecikdirilməsi artıq Almaniyada neqativ reaksiyalara səbəb olub. Hesabatı hazırlayan hüquq şirkəti də hesabatın gecikdirilməsini tənqid edib.
Qeyd edək ki, Volkinin özü seksual təcavüz şübhələri barədə vaxtında Vatikana məlumat vermədiyi şübhəsi altındadır.
Digər xəbərlər
-
07/08/2017 765
-
06/08/2017 699
-
06/08/2017 868
-
04/08/2017 878