30/07/2017 766

"Ölmək üçün 13 səbəb" filmi intihar düşüncələrinə yol aça bilər - ARAŞDIRMA

"Ölmək üçün 13 Səbəb" adlı filmin ilk seriyası mart ayında Netflix-də yayınlanıb. Film yayınlandığı gündən izləyicilər və səhiyyə ekspertləri tərəfindən ciddi narahatlıq və narazılıqla qarşılanıb. Ortaya çıxan yeni araşdırma filmdə intiharların ardıcıl qrafik təsvirlərinin və intihar səhnələrinin hərtərəfli təsvirininin təhlükəli ola biləcəyi qənatətinə gəlib. 

"Ölmək üçün 13 səbəb" yayınlanan kimi internet axtarışlarını təhlil edən araşdırmaçılar serial ilə internetdə intiharla bağlı edilən axtarışlar və intihara təşəbbüs düşüncələri arasında əlaqənin olması qənaətinə gəliblər. Google Trends datasından istifadə edən araşdırma komandası müəyyən edib ki, film yayınlanmadan öncə intiharla bağlı axtarışların sayı 900,000 idisə, filmdən sonra ilk 19 gündə intihar və intihar metodları barədə axtarışın sayı 1.5 milyon ədəd artıq olub.

San Diego İctimai Səhiyyə Dövlət Universitetinin professoru John W. Ayers tərəfindən aparılan araşdırma JAMA Internal Medicine jurnalında bazar ertəsi yayımlanıb..

Filmin yayınlandığı 31 Mart tarixi ilə 18 Aprel 2017 tarixlərindəki hər axtarışda "intihar" kəliməsi olub. Belə ki, axtarışda "İntihar Briqadası" filminin adındakl briqada sözünə rast gəlinməyib. 

"Ölmək üçün 13 Səbəb" film yayınlandıqdan sonra intiharla əlaqəli kəlimə axtarışlarında 19% artma olub.  

Araşdırma komandası 15 Yanvar - 30 Mart arasındakı axtarış kəlimələrini müqayisə edərək trenddə dəyişiklik hər zamankı kimi olduğunu qeydə alıb.

"İntihar qaynar xətti" və "intiharı önləmək" kimi maarifləndirici kəlimələrin axtarışı müvafiq olaraq 12% və 23% olduğu halda, "necə intihar etməli" kəliməsinin axtrışı - 26%, "intihar etmək" kəliməsinin axtarışı 18%, "özünü necə öldürməli" kəliməsinin axtarışı - 9% artmışdır.

Araşdımaşılar bu spesifik kəlimələrin axtarışının filmlə bağlı olub-olmamaının aydın olmadığını söyləyir lakin tədqiqatın rəhbəri Ayers qeyd edir ki, daha əvvəlki araşdırma intihar metodlarının axtarışındakı artım ilə həqiqi intiharlar arasında bağlantının olduğunu ortaya çıxarlb.

 

 

"Baxmayaraq ki, filmin seriyaları intihar və intiharın önlənməsi barədə məlumatlılığı artırır.... bizim nəticələr şounun tənqidçilərinin fikrini təsdiqləyir: Şou çoxlarını intiharı necə həyata keçirmək barədə axtarışlara edərək intihar istəklərini reallaşdırmağa ruhlandıra ruhlandıra bilər", tədqiqatın rəhbəri Ayers bildirib. 

 

mənbə: mashable.com