
Qibtə etdiyimiz yaşayış standartları. Hansı yolu seçək?
Avropada adi pişiyin də hüququ qorunur, Avropada müəllim rüşvət almaz, işsizlərə yaxşı pul verirlər və s. fikirləri ətrafımızda tez-tez eşidirik. Azərbaycanda çoxları Avropada ideal idarəetmənin, yüksək social hüquqların mövcud olması qənaətindədir.
Bosniya və Herseqovinada keçirilən POINT 6.0 konfransı Avropanın bir çox ölkələrində dövlət qurumlarının şəffaf idarəçiliyi, qərarqəbuletmədə vətəndaş iştirakçılığı, məhkəmələrdə hesabatlılıq və s. sahələrdə çoxsaylı problemlərin varlığını gündəmə gətirdi.
24-28 May tarixlərində Sarayevo şəhərində ActionSEE şəbəkəsinin təşkilatçılığı ilə keçirilən ənənəvi konfransa Cənub-Qərbi və Qərbi Avropa, Şimali Afrika, Yaxın Şərq və digər bplgələrdən təmsilçilər toplanmışdılar. ActionSEE barədə yazının sonunda ətraflı məlumat əldə edəcəksiniz. İndi isə POINT nədir və bu konfransda iştirak etmək mənə nə öyrətdi?
Əvvəlcədən vurğulayım ki, POINT panellərində 4 gün boyunca debata çıxarılan mövzuları qısaca anlatmaq mümkün deyil. Hər paneldə ekspertlər, innovativ tətbiqin yaradıcıları, analitiklər, vətəndaş cəmiyyəti üzvləri, proqramçılar onlara ayrılmış vaxt bölgüsündə müzakirələr aparırlar. Müzakirələrin yekununda panel ekspertləri POINT iştirakçılarının suallarını cavablandırır. Azərbaycan üçün də aktual olan müzakirə mövzularının bəzilərini sizlərlə paylaşıram:
- Açıq Hökümətin Regional Göstəriciləri prezentasiyası (SEE bölgəsi (South East Europe, Cənub Qərbi Avropa))
- Balkanlarda Açıq Hökümətin durumu
- Azad internetin özəl həyatın məxfiliyinə mənfi təsiri
- Şiddətli Ekstremizm Onlayn Səviyyədə
- Vətəndaş Cəmiyyətinin işinə dəstək verən innovativ alətlər və təşəbbüslər,
- Saxta xəbərlər və təbliğat
- ABŞ seçkiləri – Nə baş Verdi və Niyə?
- Ödənilən Vergilən barədə Vətəndaşların Maarifləndirilməsi
200 konfrans iştirakçısı konfransın gündəmindəki siyasi hesabatlılıq, demokratik cəmiyyətdə açıq məlumatlar, şəffaflıq və hesabatlılıq üçün texnoloji vasitələr, dünyada siyasi və texnoloji dəyişikliklər kimi mövzular ətrafında təcrübə mübadiləsi apardı. Müzakirələrdən bəziləri ilə sizləri tanış edim:
Araşdırma aparan şirkətlər üçün təhlükəsiz platforma
Scott Carpenter, “Jigsaw“ şirkətinin direktoru. “Jigsaw“ - Google İdeyaları platformundan yaranan, Alphabet şirkətinə məxsus texnoloji inkubatordur.
Jigsaw, araşdırma ilə məşğul olan və DDoS hücumlarına məruz qalan təşkilatlar üçün Layihə Qalxanı aləti hazırlayıb. Bu alət vasitəsilə təşkilatlar öz məlumatlarını veb-hostingə yerləşdirir və DdoS hücumlarından qorunurlar. Digər maraqlı vasitə Digital Hücumlar Xəritəsidir (Digital Attack Map). Xəritə dünyada cari digital hücumların təsvirini verir.
Jigsaw inkubatoru daxilində yaradılan digər alət “Faktları Paylaş” adlanır. Bu alət saxta xəbərlərlə mübarizə üçün yaradılıb. Google xəbərləri arasında süzgəcdən keçirilən “Fact-check” etiketli xəbərlər informasiyanın təsdiqlənmiş, həqiqi olduğunu göstərəcək. ABŞdakı son prezident sekçilərindən sonra saxta xəbərlərin tirajlanmasını əngəlləmək son dərəcə aktual məsələyə çevrilib.
Sosial şəbəkələr “Brexit”in nəticələrinə necə təsir etdi?
POINT-da müzakirə olunan maraqlı mövzulardan biri də sosial şəbəkələrin İngiltərənin Avropa Birliyinin tərkibindən çıxmasına dair referendumunun nəticələrinə təsiri idi.
Sosial mediada vüsət almış „Qal“ və „Tərk et“ kampaniyaları ictimai fikrin formalaşmasında müstəsna rol oynadı.
Thomas Borwickin idarə etdiyi “Çıxmağa Səs Ver” (“Vote Leave”) kampaniyası social şəbəkələrdə indiyədək görünməmiş əks-səda yaratdı və proqnozların əksinə olaraq, qələbə qazandı. POİNT konfransında “Vote Leave” kampaniyası haqqında danışan Thomas seçki prosesində mesajların yayılması üçün texnologiyadan istifadə və seçici hədəfləndirilməsindən, Brexit, Faktların Yoxlanılması (Fact-Checking), İnternetdə məxfiliyin qorunması və son illərin ən çox hay-küy yaradan terminindən Saxta Xəbərlər (Fake News) danışdı. Thomasın fikrincə, qalib kampaniya sosial mediadan istifadədə və mesajlarını şəkilləndirmədə daha peşəkar təşkil olunmuşdu. Thomasın kampaniyaya yanaşması “digital oyanma”ya səbəb oldu. Nəticədə bu kampaniya vətəndaşlar arasında indiyədək görülməmiş ölçülərdə yayıldı.
Sosial media siyasi kampaniyaların təbiətini dəyişdi. Gündəlik vaxtının ciddi hissəsini onlayn keçirən insanların nisbəti artdıqca, sosial media siyasi ideya və mesajların ötürülməsində daha çox gücə sahib olacaq. AB referendumundan çıxarılan dərd budur ki, akselerasiya (sürətləndirən) texnologiyası hər kəsə açıqdır və ictimai rəyi formalaşdıran, sosial dəyişikliyə səbəb olan vasitə kimi istifadə oluna bilər – yaxşı və ya pis məqsədlərlə.
Cənub Qərbi Avropa ölkələri və Azərbaycan. Oxşar problemlər
POİNT 6.0 ActionSEE tərəfindən təşkil olunan konfransdır. Action SEE isə Avropa Birliyi tərəfindən maliyyələşən layihədir. ActionSee- Cənub-Şərqi Avropa bölgəsində Hesabatlılıq, Texnologiya və İnstutisional Şəffaflıq layihəsi qeyri-hökümət təşkilatları şəbəkəsi tərəfindən icra olunur. Şəbəkənin əsas üzvləri 6 ölkənin qeyri hökümət təşkilatıdır: Metamorphosis (Makedoniya), Demokratik Dəyişikliklər Mərkəzi (Montenegro), Araşdırma, Şəffaflıq və Hesabatlılıq Mərkəzi (Serbiya) və Why Not (Bosniya), Açıq Məlumat (Kosovo) və Levizja Mjaft! (Albaniya).
ACTION SEE layihə tərəfdaşlarının milli, regional və beynəlxalq səviyyələrdə icra etdikləri layihələrdəki təcrübələri əsasında yaranıb. Məqsədi qeyri hökümət təşkilatlarının iştirakını, səmərəsini artırmaqla daha rasional qəbuletməyə nail olmaqdır.
Şəbəkə Cənub-Şərqi Avropada hökümətlərin hesabatlılıq və şəffaflığınını təbliği və təminatı istiqamətində birlikdə çalışır, vətəndaş aktivliyini və iştirakçılığını artırır, İnternetdə insan hüquqları və azadlıqlarını qoruyur və təbliğ edir, regionun qeyri-hökümət təşkilatları və şəxsləri arasında texnologiyadan istifadə etməklə demokratiyanın təbliğinə yönəlmiş fəaliyyətləri təşviq edir.
Konfransı Açıq Hökümətin Regional Göstəricilərinin prezentasiyası ilə işə başladı
Prezentasiyada Region Hökümətlərinin Açıqlığını test edən araşdırmanın nəticələrini təqdim olundu. 2016-cı ilin oktyabr-dekabr aylarında 6 ölkənin höküməti arasında aparılan araşdırmada Monteneqronun açıqlıq göstəriciləri ən yüksək xal toplayıb. Ən aşağı göstəricilər Albaniya hökümətinə aiddir. Albaniya nümayəndəsi dövlət qurumlarının şəffaflığa öyrəşmədiklərini, qurumlar, məhkəmə və s. daxilində peşəkar yanaşmanın inşasının çox zamana və şəffaflığa, açıqlığa və yaxşı hökümət kimi əsas prinsiplərə adaptasiyasına ehtiyacı olduğunu qeyd etdi.
Araşdırma aparılan 6 Avropa ölkəsində şəffaflıq, qərarvermədə vətəndaş içtirakçılığı, hesabatlıılıq sahəsindəki problemlər Azərbaycandakı problemlərlə çox oxşardır. Qanunvericilik qənaətbəxşdir, icrası isə əksinə.
Bu baxımdan, ActionSEE regionundakı açıq hökümət layihələrini izləməyimiz, onların təcrübəsindən yararlanmamız, hətta bu layihələrə qoşulmamız Azərbaycanda demokratik inkişafa təkan verəcək. Bosniya nümayəndəsi Selma Asčerić danışanda bir anlıq zənn etdim ki, Azərbaycandakı problemləri anladır: “Dövlət qurumları vətəndaşlara açıq olmanın nə dərəcədə vacib məsələ olduğu barədə kifayət qədər məlumatlı deyillər. Araşdırma aparılanda bir çox qurumların sualları cavablaya bilməməsi buna sübutdur. Serbiya Respublikası höküməti nümunəsində göstərsək, bəzi sorğulara cavab açıq şəkildə rədd edilib. Cavab da bu olub ki, Serbiya höküməti “bu tip araşdırmalarda iştirak etməmə siyasəti” aparır.
Açıqlıq Göstəriləri (Openness Index) hansılardır?
Açıqlıq Göstəricisi və ya Regional Açıqlıq Göstəricisi (Regional Openness Index ) Qərbi Balkan ölkələri hökümətlərinin öz vətəndaşlarına nə qədər açıq siyasət və qərarvermə sərgilədiklərini ölçən çoxtərkibli göstəricidir.
Açıqlıq – demokratiyanın başlıca şərtidir. Açıqlıq vətəndaşların informasiya almasına və maariflənməsinə xidmət edir. Alınan informasiyalar vətəndaşların siyasi həyatda, effektiv qərarvermədə və qurumların iş keyfiyyətini yoxlamaqda bərabərhüquqlu iştirakını təmin edir.
Dövlət müəssisələrinin öz vətəndaşlarına açıqlıq səviyyəsini qiymətləndirərkən 4 prinsipi əsas götürür: 1) Şəffaflıq, 2) Əlçatımlılıq, 3)Dürüstlük, 4) Effektivlik.
Şəffaflıq prinsipi qurum haqqında məlumatı, büdcəni və ictimaiyyətə açıq və nəşr olunan dövlət satınalmaları prosedurlarını əhatə edir. Əlçatımlılıq –informasiyanın rahat əldə olunması üçün şəraitin yaradılması və prosedurlara əməl olunması, ictimai debat və vətəndaşlarla qarşılıqlı əlaqənin gücləndirilməsi vasitəsilə ilə məlumatın çatdırılmasını sadələşdirilmək mənasına gəlir. Dürüstlük – Korrupsiyanı əngəlləyən mexanizmlərdən, etiks kodeks və lobbiçilik qaydalarına riayət olunmasından ibarətdir. Effektivlik – qurumların həyata keçirdiyi siyasətin monitorinq və qiymətləndirməsindən ibarətdir.
Müəllif: Nəzakət Zeynallı
Digər xəbərlər
-
07/08/2017 765
-
06/08/2017 700
-
06/08/2017 869
-
04/08/2017 879