Rusiya “Google.ru” səhifəsinə girişə blok qoydu
19/06/2017 313

Rusiya “Google.ru” səhifəsinə girişə blok qoydu

“Google.ru” səhifəsi “Roskomnadzor” (Rusiya Federasiyasının Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarət üzrə Federal Xidməti) tərəfindən qadağan edilən informasiya reyestrinə daxil edilib.

İKT.lent.az-ın RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə reyestrin saytında qeyd olunub. “Google.ru” 14 iyun 2017-ci ildən etibarən “qara siyahı”ya salınıb. Saytda bu barədə təşəbbüs göstərən orqan kimi Federal Vergi Xidməti göstərilib. Lakin sayta girişlə bağlı problemlər bu gündən başlayıb. TTK, MarinoNet, Nauka i Svyaz, 2KOM və Avaks İnternet-provayderləri məlumatı təsdiqləyiblər. Rusiyadakı bir çox operatorda “Google.ru” açılmır və istifadəçilər şikayətlənir.

“Roskomnadzor” və “Google” hələlik şərh verməyiblər.