
“Veb dizayner” ixtisası üzrə şagird qəbulu üçün son tarix - 22 Avqust
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi STEP İT Academy ilə birgə “Veb-dizayner” ixtisası üzrə kadr hazırlığına başlayır.
Bu, iki təhsil müəssisəsinin birgə fəaliyyəti çərçivəsində ilk tələbə qəbuludur. Tələbələr ixtisaslaşdırılmış proqram üzrə buraxılışda iki diplom alır: STEP IT Akademiyasının dünyanın 16 ölkəsində tanınan beynəlxalq diplomu və peşə təhsili haqqında dövlət nümunəli diplom.
Məzunlar təhsil müddəti 1 il olan “Veb dizayner” ixtisası üzrə pulsuz təhsil alaraq yerli və beynəlxalq əmək bazarının tələblərinə cavab verən mütəxəssis kimi yetişmək imkanı qazanacaqlar. Təhsillərini müvəffəqiyyətlə başa vurmuş məzunlara beynəlxalq səviyyəli diplom veriləcəkdir.
Seçimlərdə tam orta təhsilli şəxslər iştirak edə bilər. Seçimlərdə dövlət hesabına ilk peşə-ixtisas təhsili almış şəxslər iştirak edə bilməzlər.
Ərizələrin qəbulu avqustun 22-dək “ASAN xidmət” mərkəzlərinin ödənişsiz formada aparılır.
Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur.
İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermiş şəxslər 10 ixtisas seçmək hüququna malikdir. Şagird qəbulu şəhadətnamə və attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir.
Tədris proqramı dövlət kurrikulumun tələblərinə uyğundur və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir.
Eksperimental proqrama qəbul olunmuş tələbələr, STEP IT Akademiyasının müəllimləri tərəfindən peşəkar təhsil alacaqlar və 9 saylı Bakı peşə liseyində ümumtəhsil proqramı keçəcəklər.
Ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.
Digər xəbərlər
-
07/08/2017 849
-
06/08/2017 700
-
06/08/2017 869
-
04/08/2017 879