Vergilər Nazirliyi «Thomson Reuters» şirkəti ilə əməkdaşlığa başlayıb
19/06/2017 306

Vergilər Nazirliyi «Thomson Reuters» şirkəti ilə əməkdaşlığa başlayıb

Vergilər Nazirliyi transfer qiymətləndirməsi sahəsində fəaliyyət göstərən «Thomson Reuters» şirkəti ilə əməkdaşlıq etməyə başlayıb. Bu son 1 ildə transfer qiymətləndirməsi sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsidir. «Thomson Reuters» dünyada transfer qiymətləndirməsi sahəsində fəaliyyət göstərən tanınmış şirkətlərdəndir. Onun dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən nümayəndəliklərində 60 min insan çalışır.
Bu şirkətlə bağlanmış üçillik müqavilə bir sıra əsas baza moduluna giriş imkanı yaradır və bu bazadan istifadə etməklə mövcud metodlar əsasında qiymətləri müqayisə etmək mümkündür. Bu bazalardan istifadə edən ölkələr, qiymətlərdə kənarlaşmanı aşkar etməklə, xeyli vəsaiti büdcələrinə qaytara bilirlər. 
Bu günlərdə «Thomson Reuters» şirkətinin regional nümayəndəsi İvan Kolpaşnikov Vergilər Nazirliyində xüsusi təlimlər keçib. 50-yə yaxın vergi orqanı əməkdaşının cəlb olunduğu təlimdə «Thomson Reuters» informasiya sisteminin istifadə qaydaları öyrənilib.